Menyu

Azərbaycanda balıq ovu mövsümü açıq elan olunub

Operativ Media
Azərbaycanda balıq ovu mövsümü açıq elan olunub

Sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun balıq ovu həyata keçirilə bilər.

Mərkəz balıq ovu ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara riayət etməyə, su bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərinə əməl etməyə çağırıb.

Qeyd olunub ki, mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl olunmasına nəzarət məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər davam etdiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər