Menyu

Bəhruz Məhərrəmov: “Azərbaycanın regional güc kimi mövqeyi daha da möhkəmlənir”

Ayşən Sadıxzadə
Bəhruz Məhərrəmov: “Azərbaycanın regional güc kimi mövqeyi daha da möhkəmlənir”

Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek Sammitində iştirakı və platforma çərçivəsində keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın modern xarici siyasətində yeni və keyfiyyətcə daha üstün bir mərhələnin praktiki təzahürüdür. Vətən müharibəsindən və suverenliyin tam bərpasından sonra formalaşmış regional reallıqlar fonunda Bakının diplomatik fəallığı göstərir ki, Azərbaycan artıq geosiyasi proseslərin, sadəcə, müşahidəçisi və ya iştirakçısı deyil, Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında gündəliyi müəyyən edən, regional təhlükəsizlik və inteqrasiya arxitekturasını formalaşdıran əsas güc mərkəzidir.

Bu sözləri Operativ Media-ya deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, dövlət başçısının nümayiş etdirdiyi siyasi iradə, strateji uzaqgörənlik və prinsipial mövqe ölkəmizin beynəlxalq hüquq müstəvisindəki subyektlik qabiliyyətini maksimum pilləyə qaldırmışdır:

“Səfərin hüquqi və siyasi baxımdan ən mühüm məqamlarından biri Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə baş tutmuş birbaşa dialoq oldu. 2025-ci ilin avqustunda Vaşinqton Sülh Zirvə görüşündə əldə olunmuş tarixi razılaşmalara, Prezident Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannaməyə və sülh sazişinin mətninin paraflanmasına verilən istinadlar tərəflərin yekun hüquqi sənədə doğru inamla irəlilədiyini sübur edir. Beynəlxalq müqavilələr hüququnun tələblərinə uyğun olaraq, mətnin razılaşdırılması və sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin dəstəklənməsi dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipini möhkəmləndirir. Eyni zamanda Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit imkanlarının açılması və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" kimi nəqliyyat-logistika layihələrinin müzakirəsi göstərir ki, Bakı postmünaqişə dövründə güc faktorunu effektiv şəkildə davamlı sülh dividendlərinə və regional iqtisadi inteqrasiyaya çevirməyə müvəffəq olmuşdur. Bişkek diplomatiyası Azərbaycanın geoiqtisadi mövqelərinin və balanslaşdırılmış xarici siyasət kursunun sarsılmazlığını bir daha nümayiş etdirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə Orta Dəhlizin strateji əhəmiyyətinin vurğulanması və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin növbəti sammitinin Bakıda keçiriləcəyinin təsbit olunması Azərbaycanın Asiya ilə Avropa arasında nəinki fiziki tranzit qovşağı, həm də mühüm beynəlxalq dialoq platforması kimi qəbul edildiyini göstərir. İran Prezidenti Məsud Pezeşkianla aparılan söhbət zamanı isə vurğulanan qonşuluq, humanitar həmrəylik və məsələlərin sülh yolu ilə həlli prinsipi ölkəmizin regional sabitliyə sadiqliyini əks etdirir. Həmçinin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ənənəvi müttəfiqlik görüşü və Şuşa Bəyannaməsindən qaynaqlanan "Bir millət, iki dövlət" konsepsiyası regional təhlükəsizlik balansının əsas dayağı olaraq qaldığını nümayiş etdirdi. Eyni zamanda 6-cı Dünya Köçəri Oyunlarının açılışında iştirak mədəni diplomatiyanın və Türk dünyasının kollektiv kimliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm "yumşaq güc" addımıdır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal və regional siyasətdə imzasının çəkisini və milli maraqlara söykənən sarsılmaz nüfuzunu bir daha təsdiq edir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər