Menyu

Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

Operativ Media
Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb.

BŞH-dan Operativ Media-ya bildirilib ki, “City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb. Hazırda Bakı Şəhər Halqasında Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər