Menyu

Sentyabrda Səyyar “ASAN xidmət”in fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Operativ Media
Sentyabrda Səyyar “ASAN xidmət”in fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Səyyar “ASAN xidmət”in sentyabr ayında fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən xəbərə görə, sentyabrın 1-dən 25-dək Qazaxda, Şirvanda, Xaçmazda, Biləsuvarda, Goranboyda, Göyçayda, Zaqatalada, Mərdəkanda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar “ASAN xidmət” avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət etmək mümkündür.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər