Menyu

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar

Operativ Media
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) Dəmir yolu infrastrukturunun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti yoxlanılır. Elektrikləşmiş xətlərdə isə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.

ADY-nin müasir texnologiyalarla, o cümlədən ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş xüsusi diaqnostika qatarı vasitəsilə dəmiryol infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirilir.

Aparılan yoxlamalar zamanı hər hansı uyğunsuzluq və ya qüsur müəyyən edildikdə, onun dəqiq yeri barədə aidiyyəti sahə mütəxəssislərinə məlumat verilir. Bundan sonra həmin əraziyə baxış keçirilir və müəyyən edilmiş problemin xarakterindən asılı olaraq müvafiq tədbirlər görülür.

Belə tədbirlərə relslərin dəyişdirilməsi, dəmir yolu xəttinin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər daxildir.

Diaqnostika qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, onların operativ şəkildə aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər