Menyu

Babək prospektində avtomobildə yanğın baş verib

Operativ Media
Babək prospektində avtomobildə yanğın baş verib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər