Menyu

Kamran Bayramov: Azərbaycan Avrasiyanın siyasi-iqtisadi arxitekturasındakı strateji çəkisini artırır

Ayşən Sadıxzadə
Kamran Bayramov: Azərbaycan Avrasiyanın siyasi-iqtisadi arxitekturasındakı strateji çəkisini artırır

Azərbaycanın xarici siyasət kursu sistemlilik, ardıcıllıq, şəffaflıq və varislik kimi təməl prinsiplərə əsaslanır. Məhz bu məqsədyönlü strategiya Azərbaycanın müasir geosiyasi arxitekturada mühüm mövqe tutmasını və gələcək inkişaf perspektivlərini nəzərə alan möhkəm platforma formalaşdırmasını təmin etmişdir.

Bu sözıəri Operativ Media-ya deputat Kamran Bayramov deyib. 

O bildirib ki, bu gün dünyanın aparıcı dövlətləri və mötəbər beynəlxalq təşkilatları Bakının mövqeyi ilə hesablaşır, ölkənin xarici siyasət nailiyyətləri isə region çərçivələrini aşaraq daha geniş coğrafiyaya yayılır:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubileyi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata üzv dövlətlərin Başçıları Şurasının iclasına və «ŞƏT+» formatındakı sammitə dəvət edilməsi Bakının Avrasiyanın siyasi-iqtisadi arxitekturasındakı artan strateji çəkisinin bariz göstəricisidir. Mövzuları və gündəliyi beynəlxalq və regional təhlükəsizlik, ticarət, nəqliyyat-logistika və rəqəmsal texnologiyaları əhatə edən bu platforma Azərbaycanın xarici siyasət prioritetləri ilə tam üst-üstə düşür.

K.Bayramov qeyd edib ki, hələ 2000-ci ildə ümummilli lider Heydər Əliyev Avrasiya məkanının zəngin tarixi irsinə toxunaraq, Azərbaycanın qədim İpək Yolunun bərpası vasitəsilə xalqları, mədəniyyətləri və elmi potensialı yaxınlaşdıran həqiqi bir Avrasiya dialoqu və birliyi yaratmaq əzmini vurğulamışdı. Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolu oynayan Bakı Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə çoxtərəfli sazişlərin mərkəzi qovşağına çevrilmişdi. Bu tarixi varislik və strateji baxış ŞƏT-in sülh, xoşqonşuluq, qarşılıqlı faydalı iqtisadi və humanitar əməkdaşlıq prinsipləri ilə tam uzlaşır.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə və Prezident İlham Əliyevin Şuşa Media Forumlarında səsləndirdiyi fikirlər Bakının geosiyasi mövqeyini daha da aydınlaşdırır. Azərbaycan coğrafi mövqeyini sadəcə xəritə üzərindəki üstünlük kimi deyil, çoxtərəfli əməkdaşlıq üçün real platforma kimi istifadə edir. Avropa və Asiya arasında yerləşən, həm Avropa, həm də Asiya təşkilatlarına üzv olan azsaylı ölkələrdən biri kimi Azərbaycan genişmiqyaslı layihələrin icrasında böyük təcrübəyə malikdir.

K.Bayramov xüsusi olaraq qeyd edib ki, ölkəmiz nəqliyyat və logistika infrastrukturuna qoyduğu nəhəng investisiyalar sayəsində Avrasiyanın əsas qovşaqlarından birinə çevrilmişdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı inteqrasiya ŞƏT ölkələri üçün böyük strateji əhəmiyyət kəsb edir. Xüsusilə Orta Dəhliz və onun mühüm qolu olan Zəngəzur dəhlizi Avrasiyanın yeni geoiqtisadi konyukturasında Bakının rolunu əvəzsiz edir. ŞƏT ölkələri üçün Azərbaycan Xəzər dənizinə, Cənubi Qafqaza, Türkiyəyə, Yaxın və Orta Şərqə, eləcə də Aralıq dənizi hövzəsinə çıxış təmin edən etibarlı və təhlükəsiz qapıdır. Beləliklə, Azərbaycan Avrasiya qitəsində sülhün, ticarətin, enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin edilməsində həlledici aktor kimi öz mövqeyini qoruyub saxlayır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər