Menyu

DSX avqust ayında axtarışda olan 317 nəfəri saxlayıb

Operativ Media
DSX avqust ayında axtarışda olan 317 nəfəri saxlayıb
1 dəq oxu

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin avqust ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 317 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkədən çıxışı qadağan edilmiş 764 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Əlaqəli Xəbərlər