Menyu

Oş və Lahor şəhərləri qardaşlaşacaq

Operativ Media
Oş və Lahor şəhərləri qardaşlaşacaq
1 dəq oxu

Qırğızıstanın Oş şəhəri və Pakistanın Lahor şəhəri qardaş şəhərlər yaratmaq haqqında saziş imzalayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Oş meri Janarbek Akayev bildirib.

“Lahor, Oş kimi, əhalisinin sayına görə Pakistanın ikinci ən böyük şəhəridir. Əhalisi 15 milyona çatır. Hazırda Qırğızıstana təhsil almağa gələn Pakistan tələbələrinin əksəriyyəti Lahordandır. Artıq Lahordan Bişkekə birbaşa uçuşlar var. İndi isə Lahordan Oşa uçuş açmağı düşünürük”, - deyə Oş meri bildirib.

Əlaqəli Xəbərlər