Menyu

Qısaldılmış iş vaxtı kimlər üçündür və müddəti nə qədər olmalıdır?

Şəfa Hüseynli
Qısaldılmış iş vaxtı kimlər üçündür və müddəti nə qədər olmalıdır?

Əmək qanunvericiliyinə əsasən, iş yerlərində işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və s. hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Aşağıdakı kateqoriyalara aid işçilər üçün isə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir:

16 yaşdan 18 yaşadək işçilər,

orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və II dərəcə) əlilliyi müəyyən edilmiş işçilər,

hamilə və yaşyarımadək uşağı olan qadınlar,

3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər,

fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli işlərdə, peşə və vəzifələrdə işləyənlər,

insanın səhhətinə mənfi təsir göstərən (yüksək həssaslıq, həyəcan, zehni, fiziki, əsəb gərginliyi və s.) amillər olan əmək şəraitli iş yerlərində işləyənlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər