Menyu

Ukraynanın yeni tələbi üzə çıxıb

Operativ Media
Ukraynanın yeni tələbi üzə çıxıb
1 dəq oxu

Avropa Komissiyası Ukraynadan hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən müasir "Patriot PAC-3" komplekslərinin gücləndirilməsi üçün bir neçə milyard avro məbləğində yeni maliyyələşmə sorğusu alıb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün mən vəsaitlərin ödənilməsi ilə bağlı yeni sorğu aldığımızı təsdiqləyə bilərəm. Söhbət Ukraynanın HHM sahəsindəki ehtiyaclarını əhatə etməli olan milyardlarla avrodan gedir".

O, sorğunun hazırda Aİ ölkələri tərəfindən nəzərdən keçirildiyini və prosesin düzgün istiqamətdə getdiyini əlavə edib.

Əlaqəli Xəbərlər