Menyu

ÜST: Konqoda sınaq məqsədilə 3 yeni peyvənd yoxlanılacaq

Operativ Media
ÜST: Konqoda sınaq məqsədilə 3 yeni peyvənd yoxlanılacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında tüğyan edən Ebola epidemiyasının qeydə alınmış ən böyük ikinci və tarixin ən sürətli yayılan dalğası olduğunu elan edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, baş direktor xəstəlik səbəbindən yoluxma sayının 6 mini keçdiyini, ölənlərin sayının isə rəsmən 3 minə çatdığını bildirib.

Qebreyesus epidemiya qurbanlarının çoxunun xəstəxanalardan kənarda ölməsindən və gizli yoluxma zəncirlərinin qonşu ölkələr üçün ciddi regional təhlükə yaratmasından dərindən narahat olduqlarını vurğulayıb.

Səhiyyə rəsmilərinin ən böyük qorxusu isə may ayında baş qaldıran "Bundibugyo" variantına qarşı hələ də heç bir təsdiqlənmiş peyvəndin və ya xüsusi müalicə metodunun olmamasıdır. Oktyabr və noyabr aylarında Konqoda sınaq məqsədilə 3 yeni peyvəndin yoxlanılacağı qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər