Menyu

Türkiyə ordusu Qara dənizdə şübhəli cisimləri məhv edib

Operativ Media
Türkiyə ordusu Qara dənizdə şübhəli cisimləri məhv edib
1 dəq oxu

Türkiyə ordusu tərəfindən Qara dəniz Ereğli, Sakarya Karasu, İstanbul, Karaburun, Türkeli Ləngər Sahəsi və Çatalca bölgələrində su üzərində aşkarlanan şübhəli cisimlər məhv edilib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qara dənizdə mina təhdidinə qarşı Hərbi Dəniz Qüvvələri Komandanlığına tabe olan gəmilər və dəniz hava vasitələri ilə kəşfiyyat-müşahidə fəaliyyətləri 7/24 əsasında davam etdirilir", - məlumatda bildirilib.

Əlaqəli Xəbərlər