Menyu

Misirdə avtobus qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Operativ Media
Misirdə avtobus qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Misirin Sinay yarımadasının cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 nəfər ölüb, daha 29 nəfər yaralanıb.

Operativ Media-nın məlumatına görə, bu barədə Sky News yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Bundan əvvəl qəza nəticəsində 16 nəfərin öldüyü barədə məlumat yayılıb.

Dahab və Nüveyba şəhərləri arasındakı yolda turistləri daşıyan avtobus aşıb. Yaralananlar Şarm əl-Şeyx, Müqəddəs Yekaterina və Əl-Feyruz şəhərlərindəki xəstəxanalara çatdırılıb.

İordaniyanın "Al-Mamlaka" telekanalının məlumatına görə, avtobusda olan 10 İordaniya vətəndaşı həlak olub. İordaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarının öldüyünü təsdiqləyib, lakin onların dəqiq sayını açıqlamayıb. Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər