Menyu

Heqset ABŞ hərbçilərinin Yaxın Şərqdə qalmasını uzadır

Operativ Media
Heqset ABŞ hərbçilərinin Yaxın Şərqdə qalmasını uzadır

ABŞ müdafiə naziri Pit Hegseth amerikalı hərbçilərin Yaxın Şərqdə yerləşdirilmə müddətini gizli şəkildə uzadır və İran əleyhinə əməliyyatın bu il başa çatmaya biləcəyini nəzərə alır.

Operativ Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 19 gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri yerləşdirilib.

WSJ qeyd edir ki, bölgədə hərbi qüvvələrin uzunmüddətli saxlanılması hərbçilərin vəziyyətinə mənfi təsir göstərir və texnikaya lazımi texniki xidmət göstərilməsini çətinləşdirir. Logistika problemləri səbəbindən hərbçilər yaxınlarından məktub və bağlamaları əvvəlkindən daha az alır, təminatların yenilənməsi də çətinləşib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp şəxsi müzakirələrdə Tehranla döyüşlərin başa çatdığının elan edilməsini dəstəkləyir. O hesab edir ki, İrana iqtisadi təzyiq göstərilməsi Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə çatmasına imkan verə bilər. Buna baxmayaraq, Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi qalır.

Münaqişənin uzanması ilə hərbçilərin bölgədə yerləşdirilmə müddəti də əvvəlcədən nəzərdə tutulandan artıq olub. Bildirilir ki, ABŞ Ordusunun hava hücumundan müdafiə qüvvələrinin standart döyüş yerləşdirmə müddəti 9 aydan 12 aya qədər artırılıb.

“Spruance” və “Delbert D Black” esminesləri ABŞ-ın hərbi əməliyyatının başlanmasından etibarən Yaxın Şərqdədir. Hazırda onlar dəniz blokadasında iştirak edir və ekipajları aylarla quruya çıxmadan dənizdə qalırlar.

Bundan əlavə, 82-ci Hava-Desant Diviziyasının bəzi bölmələrinin gələn il də Yaxın Şərqdə qala biləcəyi bildirilir.

WSJ-nin mənbələrinə görə, “Theodore Roosevelt” aviadaşıyıcısının bölgəyə mümkün göndərilməsinə hazırlıq görülür. Onun döyüş növbəsinin gələn ilin yazına qədər davam edə biləcəyi qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər