Menyu

İlham Əliyev San Marinonun Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvanı təbrik edib

Operativ Media
İlham Əliyev San Marinonun Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvanı təbrik edib
1 dəq oxu

Prezident İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Əlaqəli Xəbərlər