Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərilib
Operativ Media
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.
Operativ Media xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net