Nəsimidə evlərdən oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanılıb
Operativ Media
Paytaxtın Nəsimi rayonunda yerləşən 3 evdən ümumi dəyəri 5400 manat olan qızıl-zinət əşyaları və sayğac oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı C.Qurbanlı, əvvəllər məhkum olunmuşlar 29 yaşlı E.Asvarov və M.Rəhimli müəyyən edilərək saxlanılıblar.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlə isə Nəsimi rayonunda bir nəfərə məxsus motosikleti qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 21 yaşlı C.Qafarov da müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net