Menyu

PFL “Johan Cruyff Institute” ilə əməkdaşlığa başladı

Operativ Media
PFL “Johan Cruyff Institute” ilə əməkdaşlığa başladı

Azərbaycan Peşəkar Futbol Liqası ilə dünyanın aparıcı idman təhsili qurumlarından biri olan “Johan Cruyff Institute” arasında əməkdaşlığa başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb 

Burada əsas məqsəd PFL əməkdaşlarının beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir. Tərəfdaşlıq çərçivəsində iştirakçılar institutun müxtəlif təhsil proqramlarından güzəştli şərtlərlə istifadə edə biləcəklər. Eyni zamanda, əməkdaşlıq təcrübə proqramlarını, tərəflər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. Ölkə futbolunda kadr potensialının inkişafına töhfə vermək istiqamətində mühüm əhəmiyyət daşıyan proqram idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik istiqamətlərində xüsusi təhsil imkanlarına da şərait yaradacaq.

Əməkdaşlıqla bağlı fikirlərini bölüşən PFL prezidenti Elxan Səmədov proqramın əhəmiyyətini qeyd edib: "Peşəkar Futbol Liqası üçün beynəlxalq əməkdaşlıq futbolun inkişafına töhfə vermək istiqamətində səylərin mühüm hissəsidir və “Johan Cruyff Institute” ilə tərəfdaşlıq əməkdaşların peşəkar inkişafı baxımından mühüm imkanlar yaradır."

Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Johan Cruyff Institute” idmanı əhatə edən müxtəlif sahələrdə ixtisaslaşıb, 90-dan çox proqram təqdim edir və geniş beynəlxalq şəbəkəyə malikdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər