Menyu

Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb

Operativ Media
Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
1 dəq oxu

Abşeron rayonunda iki avtomobildən pul vəsaitlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı N.Teymurov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla o, nəqliyyat vasitələrinin qapısının açıq olmasından istifadə edərək əməli törədib.

Binəqədi rayonunda isə bir nəfərə məxsus velosiped oğurlamaqda şübhəli bilinən 41 yaşlı R.Niyazov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər