Menyu

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı artıb

Operativ Media
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı artıb
1 dəq oxu

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 10-a çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin Girne şəhəri yaxınlığında ötən bazar günü qəzaya uğrayan sərnişin gəmisində itkin düşən daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.

"Bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb", - o bildirib.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Əlaqəli Xəbərlər