Menyu

Vens: Ticarət gəmilərinə hücum davam etdiyi müddətcə danışıqlar olmayacaq

Operativ Media
Vens: Ticarət gəmilərinə hücum davam etdiyi müddətcə danışıqlar olmayacaq
1 dəq oxu

Vaşinqton İran gəmiləri atəşə tutmağı dayandırmayana qədər Tehranla danışıqları bərpa etməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinqdə açıqlama verib.

"Onlar ticarət gəmilərinə hücuma davam etdikləri müddətcə danışıqlar olmayacaq", - deyə o bildirib.

Vens vurğulayıb ki, ABŞ İranla münaqişəni nizamlamaq üçün mövcud olan istənilən metodlardan istifadə etmək imkanını özündə saxlayır.

"Bütün mümkün variantlar masadadır. İqtisadi təzyiq, hərbi təzyiq, diplomatik təzyiq, gizli təzyiq", - o sadalayıb.

Vens Donald Trampın hansı vasitəni seçəcəyini açıqlamayıb.

Əlaqəli Xəbərlər