Türk dünyasında əməkdaşlıq imkanları Astanada müzakirə ediləcək
Bu gün Qazaxıstanın paytaxtı Astanada "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" mövzusunda panel müzakirəsi keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, panel çərçivəsində təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət başda olmaqla, türk dünyasında mövcud əməkdaşlıq imkanları müzakirə olunacaq.
Panelin əsas məqsədləri sırasında Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal miqyasda görünürlüyünün artırılması, Türk dünyasının ortaq baxışının müxtəlif ictimaiyyətlərə çatdırılması, eləcə də ölkələr arasında akademik, mədəni və sosial əlaqələrin gücləndirilməsi yer alır.
Tədbirdə, həmçinin oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünə dair gözləntilər də nəzərdən keçiriləcək.
dəqiqələr içində saytın olsun.