Menyu

ADY: Səkkiz ayda 7,3 milyondan çox sərnişin daşınıb

Operativ Media
ADY: Səkkiz ayda 7,3 milyondan çox sərnişin daşınıb
1 dəq oxu

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.

QSC-dən Operativ Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (17 faiz artım), rayonlararası marşrutlarla 396 min (15 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 faiz artım qeydə alınıb.

Əlaqəli Xəbərlər