Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
“Avropa İttifaqı 2030-cu ilə qədər Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olmağı əsas konseptual sənədlərinə daxil edib”.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XXII iclasında deyib.
“2030-cu ilə qədər genişmiqyaslı silahlı münaqişəyə hazırlıq Avropa İttifaqının əsas konseptual sənədlərində - “Avropanın müdafiəsi üzrə Ağ kitab”da, “Avropanın yenidən silahlanması planı. 2030-cu ilə hazırlıq” adlı sənəddə öz əksini tapıb”, - o bildirib.
Narışkin qeyd edib ki, Avrasiya boyunca genişmiqyaslı münaqişə riski olduqca realdır və ciddi narahatlıqlar doğurur:
“Avrasiya boyunca genişmiqyaslı münaqişə riski olduqca realdır və bu, çox ciddi narahatlıq doğurur. Məlumatımıza görə, Avropa liderləri nəzarətli eskalasiyaya, Qərb kəşfiyyat orqanları tərəfindən ötən əsrdə hazırlanmış cəbhə xətti strategiyasına inanırlar”.