Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq imkanlarını müzakirə edib
Nərmin Qocamanlı
Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
"Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşü zamanı bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Görüşdə ABŞ şirkətlərinin enerji sahəsində digər infrastruktur layihələrində iştirakına maraq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net