Menyu

Almaniyada partlayıcı qurğular aşkarlanıb

Operativ Media
Almaniyada partlayıcı qurğular aşkarlanıb

Almaniyanın Saksoniya əyalətinin Görlits rayonundakı iki yarımstansiyada hava elektrik ötürücü xətlərinin yaxınlığında partlayıcı qurğular aşkar edilib.

Operativ Media xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Bildirilib ki, yarımstansiyalar Brandenburqla sərhəd yaxınlığında, Lujitsa kömür hövzəsi rayonunda yerləşir. 

Nəşrin məlumatına görə, sentyabrın 2-də yeni hadisənin baş verdiyi yerdən təxminən 50 km məsafədə Brandenburqdakı yarımstansiyada raketlərə bənzər analoji qurğular aşkar edilib. 

Nəticədə elektrik ötürücü xətləri zədələnib.

Daha bir təxribat hücumu Kölnün yaxınlığında yerləşən Berqhaym yaxınlığındakı yarımstansiyaya qarşı törədilib.

Almaniya polisi baş verənlər barədə araşdırma aparır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər