Menyu

Zelenski: Rusiyanın zərbələrinə cavab hazırlayırıq

Operativ Media
Zelenski: Rusiyanın zərbələrinə cavab hazırlayırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumlarına cavab hazırladıqlarını və cavab zərbələrinin həyata keçiriləcəyi istiqamətlərin artıq müəyyənləşdirildiyini açıqlayıb.

Operativ Media Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladın ölkənin Rusiyanın hücumlarına cavab olaraq aktiv tədbirlər hazırlaması barədə ona məruzə etdiyini bildirib.

“Rusiyanın zərbələrinə cavab hazırlayırıq. Cavabın istiqaməti artıq müəyyənləşdirilib”, – Zelenski deyib.

Ukrayna lideri onu da qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hücumlarının intensivliyi azalmır və Moskva müharibənin eskalasiyasını davam etdirir. O, bundan əvvəl də Rusiyanın müxtəlif bölgələrinə qarşı Ukraynanın uzaqmənzilli zərbələrini artıracağına işarə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna öz ərazisinə endirilən zərbələrə cavab vermək üçün bütün imkanlarından istifadə etməyə hazırlaşır. O, Rusiyanın hərbi potensialına və Ukraynaya qarşı hücumların təşkilində iştirak edən obyektlərə təzyiqin artırılmasının vacibliyini vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər