Ərdoğan BƏƏ lideri ilə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, görüşdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan müdafiə sənayesi və iqtisadiyyat başda olmaqla, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artaraq davam edəcəyini bildirib.
Türkiyə Prezidenti İran-ABŞ gərginliyi və regiondakı digər qarşıdurmaların sona çatması üçün Ankaranın diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. O, bölgədəki qardaş ölkələrə qarşı hücumları heç vaxt dəstəkləmədiklərini qeyd edib.
Ərdoğan regional məsələlər üzrə də Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib.
dəqiqələr içində saytın olsun.