http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“ƏDV geri al” layihəsi çərçivəsində indiyədək istehlakçılara 412 milyon manat geri qaytarılıb

14 Aprel 2023 , 13:10
“ƏDV geri al” layihəsi çərçivəsində indiyədək istehlakçılara 412 milyon manat geri qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qeyd olunan layihənin tətbiq edildiyi vaxtdan cari ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan, təkcə bu ilin yanvar-mart ayında isə 36 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələrə cəlb etmək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırılması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 87 mindən çoxdur. 2023-cü ilin 3 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 4,9 milyard manatdan artıq olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 00:13

    Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır
    Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməklə dəstəkləməyə hazırdır
  • Dünən
    23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • Dünən
    22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • Dünən
    22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • Dünən
    22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • Dünən
    21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • Dünən
    21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • Dünən
    21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
Menyu