Mikayıl Cabbarov Türkiyənin ticarət naziri ilə görüşüb
Nərmin Qocamanlı
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
"Türkiyənin ticarət naziri Mehmet Muş ilə ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladıq və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edən birgə layihələri müzakirə etdik", - nazir qeyd edib.
Teqlər:
"Mikayıl Cabbarov Türkiyənin ticarət naziri ilə görüşüb"