Menyu

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır

Operativ Media
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.

Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər