Menyu

Azərbaycan universitetlərinin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib

Operativ Media
Azərbaycan universitetlərinin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib

2025–2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb.

Operativ Media xəbər verir ki,bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası Asiya və Afrika ilə məhdudlaşmayıb. Türkiyə, Çin Xalq Respublikası, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland Krallığı, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar.

Cari tədris ili üçün də dünyanın müxtəlif regionlarından olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunur və ölkəmizə gəlirlər.

Müxtəlif qitə və ölkələri təmsil edən gənclərin Azərbaycan universitetlərini seçməsi ölkəmizin ali təhsil məkanının beynəlxalq coğrafiyasının genişləndiyini göstərir.

“Study in Azerbaijan” çərçivəsində Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması, xarici tələbələr üçün mövcud təhsil imkanlarının tanıdılması və ölkəmizin beynəlxalq təhsil istiqaməti kimi mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər