15 Aprel 2023, 11:13
Azərbaycan və Türkiyənin tranzit potensialından maksimum istifadəsi müzakirə olunub
Azərbaycan və Türkiyənin tranzit potensialından maksimum istifadəsi müzakirə olunub şəkil
Azərbaycan və Türkiyənin tranzit potensialından maksimum istifadəsi müzakirə olunub

Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Görüş zamanı qonaqlara Bakı Limanının fəaliyyəti, Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanın regional əlaqələrin qurulmasında apardığı fəaliyyət, icra edilən və prespektiv layihələr barədə məlumat verilib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaydığı məlumata görə, görüş zamanı regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsi ilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb.

"Operativ Media" xəbər verir ki, görüşdə Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu - Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından da bəhs edilib.

Nümayəndə heyəti Bakı Limanının terminallarına da səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar.

 Nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizədə səfərdədir və aidiyyatı strukturlarla görüşlər keçirirlər.

Son xəbərlər
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb
Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yük daşımaları 3 dəfəyə yaxın artıb