Menyu

Özbəkistan əlifbasını Türk dünyasının ortaq əlifbasına uyğunlaşdırır

Operativ Media
Özbəkistan əlifbasını Türk dünyasının ortaq əlifbasına uyğunlaşdırır
1 dəq oxu

Özbəkistan Senatı ölkədə istifadə olunan latın qrafikalı özbək əlifbasında dəyişikliklər nəzərdə tutan yeni qanun layihəsini qəbul edib. 

Operativ Media xəbər verir ki, qəbul edilən qərara əsasən, yeni əlifba Türk dünyasının ortaq əlifba modelinə daha da yaxınlaşdırılıb.

Mövcud sistemdə 26 hərf və 3 hərf birləşməsi (o‘, g‘, sh, ch) yer alırdısa, yenilənmiş əlifbada 28 hərf və bir kəsmə işarəsi (') istifadə olunacaq. 

Dəyişikliklərə əsasən, "o‘" hərfi "ö", "g‘" hərfi "ğ", "sh" birləşməsi "ş", "ch" birləşməsi isə "ç" hərfi ilə əvəzlənib. 

Bundan başqa, "ng" hərf birləşməsi əlifba siyahısından çıxarılıb.

Əlaqəli Xəbərlər