Yaqo Aspas 4 həftəlik sıradan çıxıb
Operativ Media
“Selta”nın hücumçusu Yaqo Aspas “Malaqa” ilə oyunda (1:1) aldığı zədə səbəbindən təxminən 4 həftə komandasına kömək edə bilməyəcək.
Operativ Media xəbər verir ki, bazar günü “Balaidos” stadionunda keçirilən qarşılaşmadan sonra futbolçu MRT müayinəsindən keçib. Nəticədə onun sol budunun düz əzələsində birinci dərəcəli yırtıq aşkarlanıb.
39 yaşlı hücumçu artıq bərpa prosesinə başlayıb və klubun tibbi heyətinin nəzarəti altında müvafiq müalicə alır.
Aspasın məşqlərə və oyunlara qayıdışının dəqiq vaxtı bərpa prosesinin gedişindən asılı olacaq.
Futbolçu bu mövsüm “Selta”nın heyətində 6 matçda 1 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net