Menyu

SOCAR-ın Etilen-Polietilen zavodu il ərzində 497 min ton məhsul istehsal edir

Əsəd Abbaslı
SOCAR-ın Etilen-Polietilen zavodu il ərzində 497 min ton məhsul istehsal edir

SOCAR-ın Etilen-Polietilen müəssisəsinin illik göstəriciləri açıqlanıb. 

Operativ Media xəbər verir ki, , bu barədə zavoda təşkil olunan media-turda məlumat verilib.

Məlumata görə, kombinatda hər il 190 min ton etilen, 187 min ton propilen və 120 min ton polietilen hazırlanır.

Media-tur çərçivəsində zavodun enerji və istehsal gücü barədə də məlumat verilib:

"Müəssisədə fəaliyyət göstərən "Polimir-120" texnoloji xətti aşağı sıxlıqlı polietilenin (LDPE) yüksək təzyiq altında emalına cavabdehdir və il ərzində 120 min ton məhsul buraxmaq imkanına malikdir. Müəssisənin özünü enerji ilə təminat bölməsində isə birləşdirilmiş buxar-elektrik generatorları işləyir - həmin kompleks saatda 480 ton buxar enerjisi generasiya edir.

Qeyd olunub ki, zavodda elektrik enerjisi istehsalının gücü 68 meqavatdır. Bunun təxminən 20 meqavatı daxili tələbat üçün istifadə edilir, qalan hissəsi isə elektrik şəbəkəsinə ötürülür. Eyni zamanda, istehsal olunan buxarın bir hissəsi “SOCAR Polymer”ə də verilir.

Bildirilib ki, “Azərkimya” İstehsalat Birliyinə SOCAR-ın tərkibində beş növ xammal daxil olur. Bunlara Heydər Əliyev adına Neft Emalı Zavodundan qəbul edilən nafta, LPG, PPF və quru qaz, həmçinin Qaradağda yerləşən Qaz Emalı Zavodundan alınan qaz benzini daxildir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər