Menyu

Hakan Fidan: "Azərbaycan ilə çiyin-çiyinə addımlamağa davam edəcəyik"

Operativ Media
Hakan Fidan: "Azərbaycan ilə çiyin-çiyinə addımlamağa davam edəcəyik"

"Qlobal problemlər və regional proseslər qarşısında hər zaman əməkdaşlıq və həmrəylik içində olduğumuz qardaş və müttəfiqimiz Azərbaycana mühüm bir səfər etdik. Bakının işğaldan azad edilməsinin 108-ci ildönümündə Azərbaycanda olmaq xoş bir təsadüf oldu".

Operativ Media xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan öz "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Səmimi qonaqpərvərliklərinə görə dəyərli həmkarım və qardaşım Ceyhun Bayramov başda olmaqla, bütün Azərbaycan rəsmilərinə təşəkkür edirəm. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildik və Xarici İşlər Naziri Ceyhun Bayramov ilə hərtərəfli danışıqlar apardıq. Regionumuzdakı böhranları qiymətləndirdik; Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, habelə Türk dünyasının birgə gələcəyinə dair fikir mübadiləsi apardıq. İqtisadi və ticarət əlaqələrimizi daha da irəliyə aparacaq addımları, energetika və nəqliyyat sahələrindəki birgə layihələrimizi və təhlükəsizlik sahəsindəki əməkdaşlığımızı müzakirə etdik. Çoxsaylı problemlərə səhnə olan regionumuzda Türkiyə və Azərbaycan sabitlik adası mövqeyindədir. Qardaş Azərbaycan ilə olan əməkdaşlığımızı daha da dərinləşdirməyə, ortaq hədəflərimiz istiqamətində çiyin-çiyinə addımlamağa davam edəcəyik", - paylaşımda qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər