Menyu

Qazaxıstanlı alimlər neft hasilatı üçün kvant modeli hazırlayıblar

Şəfa Hüseynli
Qazaxıstanlı alimlər neft hasilatı üçün kvant modeli hazırlayıblar

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin alimləri fiziki cəhətdən məlumatlandırılmış neyron şəbəkələrini kvant hesablamaları ilə birləşdiriblər.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırlanmış model neft hasilatı proseslərini hesablamaq və optimallaşdırmaq üçün nəzərdə tutulub.

Məlumata görə, model neft hasilatında müxtəlif texnoloji metodlardan, o cümlədən suyun vurulması və lay təzyiqinin saxlanılmasından istifadə olunur. Onların effektivliyini maksimum dərəcədə artırmaq üçün layda baş verən fiziki prosesləri dəqiq modelləşdirmək və istehsal parametrlərini optimal şəkildə idarə etmək lazımdır.

Qeyd edilib ki, ənənəvi modelləşdirmə metodları mürəkkəb çoxparametrli hesablamalar tələb edir. Buna görə də, hesablama imkanlarının genişləndirilməsi neft və qaz sənayesində aktual elmi problem olaraq qalır.

Tədqiqatçıların fikrincə, bu yanaşma hesablama səmərəliliyini artıra və neft hasilatı parametrlərini optimallaşdırmağa kömək edə bilər. Model həmçinin neft yataqlarındakı proseslərin daha dəqiq proqnozlaşdırılmasına və daha effektiv istehsal qərarlarının qəbul edilməsinə imkan verəcək.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər