Menyu

"Ayaks" yeni transferini açıqlayıb

Operativ Media
"Ayaks" yeni transferini açıqlayıb
1 dəq oxu

“Ayaks” malili yarımmüdafiəçi İv Bissuma ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, 30 yaşlı futbolçunun son klubu İngiltərənin “Tottenhem” komandası olub. Bissuma 2026-cı ilin iyununda London təmsilçisi ilə müqaviləsinin başa çatmasının ardından klubdan ayrılıb.

BBC-nin məlumatına görə, “Ayaks”la anlaşmada müqavilənin müddətinin daha 12 ay uzadılması ilə bağlı bənd də yer alıb.

Bissuma 2025/26 mövsümündə “Tottenhem”in heyətində 11 oyuna çıxıb və bu matçlarda məhsuldar fəaliyyətlə yadda qalmayıb.

“Transfermarkt” Mali millisinin üzvünün transfer dəyərini 10 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər