Menyu

Tramp: Rusiya-Ukrayna böhranı tezliklə başa çatacaq

Operativ Media
Tramp: Rusiya-Ukrayna böhranı tezliklə başa çatacaq
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı böhranın çox yaxın zamanda nizamlanacağına ümid etdiyini bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Şimali Karolina ştatında çıxışı zamanı danışıb.

ABŞ lideri Rusiya və Ukrayna arasında nizamlanmanın əldə olunması istiqamətində intensiv iş aparıldığını deyib. O, indiyədək səkkiz münaqişənin həllinə nail olduğunu, lakin Rusiya-Ukrayna münaqişəsinin ən çətin məsələ olduğunu qeyd edib.

Trampın sözlərinə görə, Ukrayna böhranı dizel yanacağının qiymətlərinin artmasına səbəb olur.

ABŞ Prezidenti bildirib ki, bütün bunların çox yaxın zamanda başa çatacağını düşünür.

Əlaqəli Xəbərlər