ABŞ və Meksika ticarət sazişi üzrə razılığa yaxındır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Meksikanın yaxın vaxtlarda ticarət sazişi imzalaya biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, Tramp Şimali Karolina ştatının Qastoniya şəhərində çıxışı zamanı iki ölkənin danışıqlarda razılaşmaya çox yaxın olduğunu deyib.
Daha əvvəl “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən ABŞ və Meksika arasında növbəti ticarət danışıqları raundunun sentyabrın 28-29-da Vaşinqtonda keçiriləcəyini yazıb.
Məlumata görə, ABŞ tərəfi danışıqlarda Meksikanın süni intellekt avadanlıqlarının ABŞ-a ixracı ilə bağlı tələblərini dəyişdirməsini istəyəcək.
Vaşinqton xüsusilə Şimali Amerikadan kənarda, o cümlədən Çində istehsal olunan komponentlərin həmin avadanlıqlarda istifadəsinin məhdudlaşdırılmasını tələb etməyi planlaşdırır.
dəqiqələr içində saytın olsun.