F. Məmmədov: Yeni bizneslərin yaranması üçün dövlət-özəl tərəfdaşlığı vacibdir
Təşkilatların yeni bacarıqlara və istedadlara investisiya qoymasında əsas stimul artan tələbat və bizneslərin inkişaf marağıdır.
Operativ Media xəbər verir ki, bu sözləri SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində “PASHA Holding” MMC-nin baş direktorunun müavini Fərid Məmmədov bildirib.
O qeyd edib ki, təlimlərin modernləşdirilməsi və yeni bacarıq və imkanların inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Fərid Məmmədovun sözlərinə görə, təşkilatların öz maraqları əsasında istedadlara investisiya qoyması mühüm stimul yaradır.
“Biz hesab edirik ki, artım və tələbat təşkilatları innovasiya etməyə və istedada investisiya qoymağa təşviq edəcək”, - deyə o bildirib.
O, rəqəmsallaşmanı mövcud bacarıq boşluqlarından biri kimi qeyd edib. Fərid Məmmədov bildirib ki, rəqəmsallaşma sahəsində mövcud imkanlarla işçi qüvvəsinin bacarıqları arasında uyğunsuzluq var. Eyni zamanda bu boşluq təşkilatlar üçün əməkdaşlarını yeni bacarıqlara yiyələndirmək və bizneslərini inkişaf etdirmək baxımından stimul yaradır.
“Bizneslər və dövlət-özəl tərəfdaşlığı üçün infrastrukturun yaradılması, tələbatın artırılması, yeni alət və imkanlara çıxışın təmin edilməsi vacibdir. Bu, yeni bizneslərin və xidmətlərin yaranmasına, həmçinin istedadlar üçün imkanların genişlənməsinə şərait yarada bilər”, - deyə Fərid Məmmədov əlavə edib.
dəqiqələr içində saytın olsun.