“Barselona” Mark Bernalla yeni müqaviləyə hazırlaşır
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernalın klubla müqaviləsini 2031-ci ilə qədər uzatmağa yaxın olduğu bildirilib.
Operativ Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Məlumata görə, 19 yaşlı ispaniyalı futbolçu ilə yeni anlaşmada sərbəstqalma məbləği əvvəlki kimi 500 milyon avro olacaq.
Bildirilir ki, klubun idman direktoru Deko son assambleyada Bernalla yeni müqavilə üzrə razılaşmanın yaxın zamanda əldə olunacağını açıqlayıb.
Yeni sözləşmənin əsas şərtlərindən biri 500 milyon avroluq sərbəstqalma bəndinin qorunmasıdır. Klub rəhbərliyinin futbolçunun potensialına inamını əks etdirən bu məbləğin artırılmasına ehtiyac görmədiyi qeyd olunub.
“Barselona”nın yetirməsi olan Bernal 2026/2027 mövsümündə 8 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ilin iyulundan əsas komandada çıxış edir.
Futbolçunun hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub. “Transfermarkt” isə Bernalın bazar dəyərini 30 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.