Menyu

Litva millisinin baş məşqçisi: Azərbaycanla oyunlar asan olmayacaq

Operativ Media
Litva millisinin baş məşqçisi: Azərbaycanla oyunlar asan olmayacaq

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Litva komandasının baş məşqçisi Edqaras Yankauskas yerli mətbuata geniş müsahibə verib.

Operativ Media xəbər verir ki, 51 yaşlı mütəxəssis “15min.lt”-yə Azərbaycan futbolundan, millimizdən, eləcə də “Sabah”a rəhbərlik edən həmyerlisi Valdas Dambrauskasdan danışıb. Müsahibəni qısa ixtisarla təqdim edirik.

-Ötən milli fasilədən fərqli olaraq, indi heyət xeyli yenilənib, fərqli 10 futbolçu var. İlk dəfə milliyə dəvət alan oyunçunu da görürük. Çağırılan bütün futbolçular hazırda Litvanın ən yaxşılarıdır.

-Adrians Liçkunas ilk dəfə milliyə çağırılıb. O, nə ilə sizin diqqətini cəlb etdi?

-Gənc, çox maraqlı və atletik futbolçudur. Liçkunas İtaliya B seriyasında debüt edib. Yüksək səviyyəli liqada fiziki cəhətdən əla təsir bağışlayıb və taktiki baxımdan savadlı oynayıb. Düşünürəm ki, bu yaşda olan oyunçuya (20 yaş) böyük futbola qoşulmaq üçün ən yaxşı dövrdür.

-Arturas Doljnikov fasilədən sonra yenidən milliyə çağırılıb. Bu futbolçu ilə münasibətlər artıq düzəlib?

-Bəli, danışıqlarımız daha konstruktiv oldu. Təəssüf ki, o, Çexiyadakı yeni klubunda son iki oyunda meydana çıxmayıb. Lakin yaxşı məşq edir və formasını qoruyur. O, milliyə qayıdıb xeyir vermək üçün alışıb-yanır.

-Qarşıdakı oyunlara hansı əhval-ruhiyyədə hazırlaşırsız? Ola bilər ki, təşəbbüsü ələ alıb daha aqressiv oynayasınız?

-Mümkündür. Heç kim dəqiq bilmir ki. biz necə oynamalı olacağıq. Məqsədimiz rəqibin kimliyindən asılı olmayaraq, dəyişməz qalır: qələbə, keyfiyyətli oyun, inkişaf, fədakarlıq və ehtiras. Rəqibin kimliyindən asılı olmayaraq, istər dünya səviyyəli komanda olsun, istərsə də, bizimlə eyni gücdə – bütün bu amillər hər zaman mövcud olmalıdır. Dəqiq bilirəm ki, asan oyunlar olmayacaq və heç kim bizə qələbəni hədiyyə etməyəcək. Həm futbolçulara, həm də azarkeşlərə çardırmaq istədiyim əsas mesaj budur. Bizi həqiqətən ağır döyüşlər gözləyir. Psixoloji olaraq buna hazır olmalıyıq. Çox güman ki, rəqiblərimiz də qarşılarına eyni məqsədi qoyublar. Yalnız təcrübə, səy, həvəs və fədakarlığı birləşdirməklə nəyəsə nail olmaq mümkündür.

-4 oyun nəzəri cəhətdən – 12 xal deməkdir. Lakin hansı yekun nəticəni müsbət hesab edərdiz?

-Xalları öncədən hesablamaq çox absurd görünür. Mən rəqəmlərlə bağlı təxminlər irəli sürməyin tərəfdarı deyiləm. Bilirəm ki, hər oyun bizim üçün çox vacibdir. Hər matçda yaxşı oyun göstərərək qələbə qazanmaq üçün mübarizə aparacağıq. İş orasındadır ki, təxminən öz səviyyəmizdə olan komandalarla qarşılaşacağıq. Azərbaycan millisi reytinqdə bizdən yuxarıda olsa da, düşünmürəm ki, bunun böyük əhəmiyyəti var. Güman edirəm ki, kim mental, fiziki və taktiki baxımdan daha yaxşı hazırlaşıb, o da qalib gələcək.

-Siz təklif edirsiz ki, Litva çempionatında yerli futbolçuların limiti 4 olsun? (Hazırda hər komandanın start heyətində 3 litval futbolçu olmalıdır – red.). Yoxsa, daha radikal nəsə planlaşdırırsınız?

-Əvvəlcə mən təklif edirəm ki, bütün bunları bir daha nəzərdən keçirib müsbət və mənfi tərəflərini müəyyənləşdirək. Başlanğıcda asan olmaya bilər. Daha çox yerli futbolçuların inkişafına və akademiyalara diqqət yetirməli olacağıq. Eyni zamanda meydanda daha çox yerli futbolçuya ehtiyacımız olacaq. Futbolçuların özü üçün bu, motivasiya mənbəyidir. Anlayırlar ki,onlara təlabat var. Bir çox gənc oyunçunu həvəsdən düşdükləri üçün itiririk. Onlar görür ki, yerlər məşğuldur və legionerləri dəvət etmək daha asandır. Futbolçuları motivasiyadan məhrum edirik, onlar gözdən itir və futbolda qalmırlar. Sonra da təəccüblənirik ki, niyə güclü liqalara keçən çox azdır, ya da klublarımız avrokuboklarda çıxış edəndə litvalı futbolçulara nadir hallarda rast gəlinir? Bu, mənim dost təklifimdir. Bəlkə də bu metodun qeyri-effektiv olduğunu iddia edən arqumentlər də ortaya qoyuldu. Məsələn, Azərbaycanda legioner limiti ləğv olunub. Klubları Çempionlar Liqasına vəsiqə qazanır, bəs orda neçə yerli futbolçu çıxış edir? Onların milli komanda ilə bağlı gözləntiləri nədir? Güman edirəm ki, onlar üçün prioritet klub futboludur və milli üzərində elə də böyük təzyiq yoxdur. Onların seçdiyi yol budur. Düşünürəm ki, biz fərqli yanaşma etməliyik. Milli komanda ilə bağlı gözləntilər bizim üçün daha yüksəkdir. Mənə elə gəlir ki. əsas diqqətimizi yerli futbolçulara və onlar üçün daha əlverişli şəraitin yaradılmasına yönəltməliyik.

-“Sabah” klubuna rəhbərlik edən Valdas Dambrauskas rəqiblər barədə məlumat toplamağa kömək edə bilərmi?

-O, artıq kömək edib: futbolçularının səviyyəsini və komandasının gücünü nümayiş etdirməklə. Mən Azərbaycan çempionatını yaxşı tanıyıram. Hətta Valdasla şəxsən danışa bilərik və o, öz müşahidələrini bölüşər. Bilirəm ki, millimizin çılğın azarkeşidir və bizə faydalı ola biləcək heç bir təfərrüatı gizlətməyəcəyinə əminəm.

-Litvalı məşqçilərə beynəlxalq arenada elə də böyük tələbat yoxdur. Valdas Dambrauskasın Çempionlar Liqasındakı debütü litvalı məşqçilərə kömək ola bilərmi?

-Şübhəsiz. Valdasın uğuru fenomenaldır. Bunu elit bir kluba keçən futbolçu ilə müqayisə edərdim. Bu, həmin şeyin mümkün olduğunu sübut edir. Bu bir faktdır. Valdas buna nail oldu. O, bir daha sübut etdi ki, əla mütəxəssisdir. Komandanın gücü bəlkə də ən vacib faktor deyil, düzgün istiqamətdə işləyəndə və klub rəhbərliyi ilə həmrəy olduqda hədəflərə çatmaq mümkün olur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər