Menyu

“İşquz dövləti” bədii-sənədli filmi tezliklə tamaşaçılara təqdim ediləcək

Şəfa Hüseynli
“İşquz dövləti” bədii-sənədli filmi tezliklə tamaşaçılara təqdim ediləcək
1 dəq oxu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal olunan “İşquz dövləti” bədii-sənədli filmi tezliklə tamaşaçılara təqdim ediləcək.

Bu barədə Operativ Media-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan irsinə səyahət” silsiləsinə daxil olan filmdə qədim İşquz (İç Oğuz) dövlətinin Azərbaycan xalqının təşəkkül tapmasındakı rolu, qonşu dövlət və tayfalarla münasibətləri araşdırılır. Son arxeoloji tapıntılara, yerli və əcnəbi tarixçilərin fikirlərinə əsaslanmaqla “Bizim əcdadımız kimdir” sualına cavab axtarılır.

“Aydamir Entertainment” şirkəti tərəfindən istehsal olunan filmin baş prodüseri Azər Aydəmir, icraçı prodüseri Ülviyyə Könül, ideya və ssenari müəllifi tarixçi alim Zaur Həsənov, quruluşçu rejissoru Elvin Əhmədoğludur. Rolları Bəhruz Vaqifoğlu, İlyas Əhmədov, Münəvvər Əliyeva və digərləri ifa ediblər.

Əlaqəli Xəbərlər