Menyu

Mikayıl Cabbarov: Dağ-mədən və metallurgiya sektorunun ixrac potensialı 3,4 milyard manata çatdırılacaq

Operativ Media
Mikayıl Cabbarov: Dağ-mədən və metallurgiya sektorunun ixrac potensialı 3,4 milyard manata çatdırılacaq
1 dəq oxu

"2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur".

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər