Menyu

“McLaren” Azərbaycan Qran-prisinə yeniliklərlə gəlir

Operativ Media
“McLaren” Azərbaycan Qran-prisinə yeniliklərlə gəlir

“McLaren” Formula 1 üzrə Azərbaycan Qran-prisində “H-Wing” adlı arxa qanad dizaynını yenidən tətbiq etməyi və avtomobilə genişmiqyaslı aerodinamik yeniləmələr gətirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, komanda “H-Wing” həllini ilk dəfə Monza mərhələsində tətbiq edib. İspaniya Qran-prisində isə bu dizayndan istifadə olunmayıb. “McLaren” Bakıda yeni aerodinamik komponentləri sərbəst yürüşlərdə sınaqdan keçirəcək və əldə olunan nəticələr əsasında onların yarışda tətbiqinə qərar verəcək.

“McLaren”in baş dizayneri Rob Marshall bildirib ki, komanda 2027-ci il avtomobili üzərində işlərlə hazırkı bolidin inkişafını paralel şəkildə davam etdirməyə çalışır.

Marshall Azərbaycan Qran-prisindən əvvəlki açıqlamasında Bakının MCL40 üçün fərqli xüsusiyyətlərə malik mühüm sınaq meydanı olacağını deyib. Onun sözlərinə görə, uzun düzlüklərdən sonra birinci döngəyə daxil olarkən əyləc və təkərlərin nisbətən soyuq olması enerji və güc idarəetməsi ilə yanaşı, təkər və əyləc nəzarətini də vacib amilə çevirir.

Baş dizayner küçə trasında səhvlərə yol vermək imkanının çox məhdud olduğunu vurğulayıb. O qeyd edib ki, kiçik səhv belə böyük təmir işlərinə, trasda vaxt itkisinə və resursların performansdan kənar istiqamətlərə yönəlməsinə səbəb ola bilər.

Marshall bildirib ki, komanda həftəsonu ərzində özünəinam, dəqiqlik və intizamlı yanaşma nümayiş etdirməyi qarşısına məqsəd qoyub.

O, mövcud qaydaların növbəti mövsümdə də qüvvədə qalmasının və liderlər qrupunda rəqabətin sıx olmasının avtomobilin inkişafını davam etdirmək üçün motivasiya yaratdığını qeyd edib.

“McLaren”in baş dizaynerinin sözlərinə görə, komanda hazırkı avtomobilin inkişafı ilə gələn ilki bolid üzərində aparılan işlər arasında balans yaratmalıdır. Hazırda əsas diqqətin isə 2026-cı il avtomobilinin performansını artırmağa və qələbə uğrunda mübarizədə iştirak etməyə yönəldiyi bildirilib.

Marshall Bakıda ilk dörd komandanın hər birinin qələbə uğrunda mübarizə apara biləcəyini, arxadakı qrupun isə rəqabətə getdikcə daha çox qoşulacağını gözlədiklərini bildirib. “McLaren”in məqsədinin ön qrupdakı mübarizənin mərkəzində yer almaq olduğu qeyd edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər