Menyu

Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirlərdə iştirak edib

Operativ Media
Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirlərdə iştirak edib

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə bir sıra tədbirlərdə iştirak edib.

Operativ Media xəbər verir ki, Rəfiyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) yüksək səviyyəli müzakirəsində Azərbaycanın təşkilata üzvlüyünü alqışlayıb və rəqəmsal transformasiya ilə dayanıqlılığın paralel inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Avropadakı müsəlmanlarla bağlı Təmas Qrupunun iclasında islamofobiyanın artmasından narahatlığını ifadə edib. Nazir müavini dini azadlıqların qorunması, təhriklərin qarşısının alınması və cəmiyyətlər arasında qarşılıqlı hörmətin təşviq edilməsinin vacibliyini qeyd edib.

COP31 üzrə Fəaliyyət Gündəliyinin təqdimatı tədbirində Rəfiyev təşəbbüsü dəstəkləyib və Azərbaycanın Antalya şəhərində keçiriləcək COP31-in uğurlu nəticələrinə nail olmaq üçün qardaş Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Bundan əlavə, Palau, Sent-Kits və Nevis və Tuvalu tərəfindən təşkil olunan “Rising Nations Gala Dinner” tədbirində iştirak edən Rəfiyev dəniz səviyyəsinin yüksəlməsinin kiçik ada dövlətləri üçün yaratdığı təcili təhdidlərə dair müzakirələrə qoşulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər