“Bavariya” 70 milyon avroluq transferə hazırlaşır
“Bavariya” “Nottingem Forest”in yarımmüdafiəçisi və kapitanı Morgan Qibbs-Uaytın transferində əsas namizədlərdən biri hesab olunur.
Operativ Media xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb. 26 yaşlı ingilis futbolçunun transferinin təxminən 70 milyon avroya başa gələcəyi bildirilir.
Qibbs-Uayt 2026/27 mövsümündə Premyer Liqada 5 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçuya “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”nin də maraq göstərdiyi qeyd olunub. Bununla belə, “Nottingem Forest” əsas oyunçusunu satmaq niyyətində deyil.
Elliot Andersonun 135 milyon avroya “Mançester Siti”yə transferindən sonra klubun maliyyə vəziyyətinin sabit olduğu və komandanın liderini heyətdə saxlamaq üçün mübarizə aparacağı bildirilib.
Qibbs-Uayt 2021-ci ilin avqustundan “Nottingem Forest”də çıxış edir. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.